Ukraynanın işğal edilmiş ərazilərində Rusiyaya qarşı PARTİZAN HƏRƏKATI başladıldı

image-ukrayna-1backend

Donbassda separatçı ukraynalıların yaşadığı ərazilərdə məskunlaşan rusiyapərəst komandirlər və idarəçilər qətlə yetirilir.

Sfera.az bildirir ki, ABŞ rəsmilərinin sözlərinə görə, son iki həftə ərzindəki üç sui-qəsd cəhdi Ukraynanın cənubunu işğal edən rusiyayönlü məmurlara qarşı artan müqavimət hərəkatının təzahürüdür.

“Bu, daha geniş əks-üsyan hərəkatına çevrilə və Rusiyanın Ukrayna boyu yeni fəth etdiyi ərazilərə nəzarət etmək qabiliyyətinə ciddi problem yarada bilər”, deyə qeyd olunub.

Milli Kəşfiyyatın direktoru Avril Haines da Vaşinqtonda keçirilən konfransda deyib ki, Kreml Ukraynanın cənubunda artan partizan fəallığı ilə üzləşib. ABŞ rəsmilərindən biri fikirlərini bu cür ifadə edib:

“Rusiyanın Xersonda ərazini effektiv şəkildə ələ keçirmək və nəzarət etmək üçün kifayət qədər gücə malik olmadığına inanıram. Xüsusən də döyüşmək üçün qüvvələrini Donbassdan şərqə doğru çıxardıqdan sonra…”.

Qeyd edək ki, Xersonda ilk hücum iyunun 16-da ağ rəngli Audi Q7 yolsuzluq avtomobilinin şüşələrinin partlayış nəticəsində sınması ilə baş verib. Maşına ciddi ziyan dəyib, işğal altında olan Xerson həbsxana xidmətinin rusiyapərəst rəhbəri Yevgeni Sobolev hücumdan sonra xəstəxanaya yerləşdirilib. Bir həftə keçməmiş ikinci rusiyayönlü məmur Xersonda hədəfə alınıb. Bu dəfə hücum uğurlu alınıb. RİA Novosti-nin məlumatına görə, iyunun 24-də Xerson vilayətinin Gənclər və İdman İdarəsinə rəhbərlik edən rusiyapərəst məmur Dmitri Savluçenko öldürülüb. Ukraynanın Xerson Mülki Hərbi Administrasiyasının rəhbərinin müşavirlərindən biri Serxii Xlan Savluçenkonu “satqın” adlandırıb və onun avtomobilində partladıldığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90