Ukraynanın Qərbdən əldə etdiyi texnikanın sayı açıqlandı

image-patriotbackend

Qərb ölkələri müharibə zamanı Ukraynaya 4 mindən çox texnika və silah-sursat göndəriblər.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, bu texnikalar arasında artilleriya, zirehli texnika, eləcə də hərbi təyyarələr var.

Əsas olaraq qeyd olunub ki, Ukrayna Polşa, Çexiya və Sloveniyadan ümumilikdə 410 tank əldə edib.

Bununla yanaşı, Ukraynaya ümumi olaraq Polşa və Çexiyadan 40-dan çox reaktiv yaylım atəşi sistemi, ABŞ-dən isə 38 “HIMARS” raket sistemləri göndərildiyi bildirilir.

Qeyd edək ki, ötən həftə Böyük Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” tankları göndərəcəyini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90