Ümid edirik ki, Ukrayna nə vaxtsa NATO ailəsinə daxil olacaq – Vedant Patel

image-34backend

“NATO ölkələri ilə imzalanan sənədlər Ukraynanın alyansa üzvlüyünün təməl prinsiplərini təşkil edir”.

Busaat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə söyləyib.

O həmçinin bəzi dairələrdə rəsmi Vaşinqtonun Rusiyanın məsuliyyətə cəlb edilməsində maraqlı olmaması barədə səslənən fikirləri əsassız adlandırıb. V.Patel xatırladıb ki, Ukraynada müharibə başladıqdan sonra Rusiyaya idxal-ixrac əməliyyatlarının dayandırılması da daxil olmaqla, bir sıra sanksiyalar tətbiq edilib.

Dövlət Departamentinin rəsmisi tərəfdaş ölkələrlə birlikdə Ukrayna hökumətinə hərtərəfli dəstəyin verildiyini bildirib:

“Bütün bunlarla yanaşı, Ukrayna tərəfi ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Biz növbəti dəfə rəsmi Kiyevə və Ukrayna xalqına siyasi, demokratik, habelə iqtisadi sahədə dəstəyimizi ifadə edirik. Hesab edirik ki, Ukraynanın NATO-ya üzvlüyü yolunda əməli addımlar atılmalıdır. Bu ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq mövcud olsa da alyansın tərkib hissəsi olmaq rəsmi Kiyevə daha geniş imkanlar qazandıracaq. Ümid edirik ki, Ukrayna nə vaxtsa NATO ailəsinə daxil ola biləcək. Biz dəfələrlə bəyan etmişik ki, Şimali Atlantika alyansının “açıq qapı” siyasətini dəstəkləyirik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki