Uşaqları ilə birlikdə meşəlikdə lüt tapılan qadının sirri bilindi – Səbəb dəhşətə gətirir – FOTO

image-922969abackend

Rusiyada qəribə olay yaşanıb.

Busaat.az Dailymail-ə istinadla bildirir ki, Rusiyada yaşayan 33 yaşlı Natalia Vazina üç körpəsi ilə birlikdə Moskva yaxınlığında meşəliklərin birində çılpaq halda tapılıb.

Yoldan keçən şəxslərdən biri mənfi 15 dərəcə şaxtada küçədə donan 4 nəfər barədə polisə müraciət edib. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Həkimlər bildirib ki, uşaqlardan biri komaya düşüb, biri pnevmponiya olub, qadının özünün isə ayaqları və əlləri donub.

Natalia Vazina cinayətə təşəbbüs səbəbindən saxlanılıb. O, ifadəsində bildirib ki, evli kişi ilə münasibətdə olduğuna görə özünü günahkar hiss edib və günah çıxartmaq üçün belə bir üsula əl atıb.

İddialara görə, qadın bir müddət əvvəl dinə yönəlib.

Qeyd edək ki, Natalia Rusiyanın tanınmış iş adamı olan 43 yaşlı Ilya Klyuevin məşuqəsidir. Ailəli olan İlya Natalianın övladlarının atasıdır. Onun öz xanımından da uşaqları var.Milli.Az

image-922969_01 image-922969_02 image-922969_03 image-922969_04 image-922969_05 image-922969_06

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90