Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 489 $▼0.72%
  • Ethereum2 360 $▼1.04%
  • S&P 5007 624▼0.52%
20°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Gündəm

ÜST-nin baş direktoru Azərbaycana təşəkkür etdi

image-qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb. O, bu barədə öz tvitter hesabında paylaşım edib.

Busaat.az  xəbər verir ki, müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.

Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi.

Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul