“Vaqner” Baxmutdan çəkildi

image-download-3backend

“Vaqner” Ukraynada hərbi əməliyyatların davam etdiyi Baxmutdan geri çəkilməyə başlayıb.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin elan edib.

“Vaqner” Ukraynanın Baxmut şəhərindən qoşunlarını çıxarmağa və oradakı mövqelərini nizami rus qoşunlarına təhvil verməyə başlayıb.

Priqojin, “Biz qoşunları Baxmutdan çıxarırıq”, – deyə qeyd edib.

Məlumata görə, bu gün saat beşdən iyunun 1-dək qoşunların əksəriyyəti arxadakı düşərgələrə çəkiləcək.

Qeyd edək ki, Priqojin müharibənin ən uzun və ən qanlı döyüşündən sonra şənbə günü Baxmutun tutulduğunu elan etmişdi.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90