Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼1.06%
  • Ethereum2 358 $▼1.18%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Siyasət

Vardanyan Qarabağda ermənilər üçün mitinq təşkil etdi: “İrəli getməkdən başqa yolumuz yoxdur”

image-ruben-vardanyan-1

“Qarabağdakı sakinləri Xankəndidə bu gün saat 14:00-da keçiriləcək mitinqdə iştirak etməyə çağırıram”.

Busaat.az xəbər verir ki, bu çağırışı Qarabağdakı qondarma rejimin dövlət naziri Ruben Vardanyan edib.

“Bu gün bazar günüdür, dünyanın bir hissəsi Milad bayramını qeyd edir. Mən Stepanakertin əsas meydanında dayanmışam və hamınızı bu gün saat 14:00-da ailələrinizlə birlikdə buraya gəlməyə çağırıram, çünki biz dünyaya mövcud olduğumuzu göstərməliyik. Biz birləşib deməliyik ki, dövlətimizi müdafiə edəcəyik, ləyaqətimizi, tariximizi, gələcəyimizi qoruyacağıq. Ancaq eyni zamanda hamımız hara getdiyimizi, bunu necə və nə üçün etdiyimizi başa düşsək, birləşməyə və bütün çətinlikləri dəf etməyə hazır olacağılq” – deyə, Vardaryan qeyd edib.

Ruben Vardanyan əlavə edib: “Bugünkü mitinqə qarşı olan insanlar var, başqa yolla getmək üçün hər şeyi edən insanlar var, lakin əminəm ki, onlar yalnız “Qarabağ dövlətini” birlikdə müdafiə etməklə Qarabağın layiqli vətəndaşları olaraq qala bilərlər. Başqa yolumuz yoxdur, ona görə də hamınızı bu gün saat 14:00-da bura gəlməyə çağırıram, biz irəliləməyə qərar verməliyik, başqa yolumuz yoxdur”.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul