Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 579 $▼0.61%
  • Ethereum2 364 $▼0.84%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Analitika

“Vardanyanın gedişi uğurumuzdur, amma...” - ŞƏRH

image-ruben-vardanyan-1

“Məsələ kökündən həll olunmalıdır”.

Bunu Volkovdan sonra Vardanyanın yoxa çıxması səbəblərindən danışan politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Vardanyanı Qarabağdan çıxardanlar sabah yenidən geri qaytara bilər:

image-vuqar_qedirov

“Onun bölgədən getməsinə səbəb fikrimcə yeni planların, yaxud müvəqqəti geri çəkilmənin lazım olduğundan xəbər verir. Qarabağda sülhü istəməyən qüvvələr sabah Volkov, Vardanyan kimi digərlərini də göndərə bilər. Əgər Vardanyanın həqiqətən də Qarabağdan qaçması təsdiq olunarsa, erməni əhali mənfi psixoloji situasiya ilə qarşılaşa bilər. Vardanyana böyük ümid bəsləyən separatçı ermənilər xəyal qırıqlığına uğraya bilər. Bu əslində Azərbaycanın diplomatiyası üçün uğurlu addımdır. Digər uğurumuz isə azərbaycanlı aktivistlərin Laçın yolunda keçirdiyi aksiyasının haqlı tələbləri qarşısında Volkovun üzə çıxmağa üzünün olmamasıdır”.

Ancaq politoloq Vardanyanın bölgədən qaçışının Azərbaycanı rahatlatmamalı olduğunu bildirib: “Arzu edirəm ki, Vardanyan həqiqətən də Qarabağdan getmiş olsun. Vardanyanın gedişi gələcəkdə ora yerləşəcək təxribatçılara mesaj ola bilər. Azərbaycan onları hesablaşmağa vadar edir. Onun gedişi qələbəmiz olsa da dayanmaq olmaz. Çünki məsələ kökündən həll olunmalıdır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, istər İran, istərsə Fransanın dəstəyi ilə həyata keçirməyə çalışdığı təxribatlardan əl çəkməlidir”.

Ələsgər / Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul