Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft109.64 $▼1.84%
  • WTI neft101.04 $▼2.16%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.987 $▼2.07%
  • Qızıl4 024 $▲0.40%
  • Gümüş54.20 $▲0.47%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda623.50 ¢▼0.24%
  • Bitcoin79 760 $▼0.49%
  • Ethereum2 307 $▼0.98%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Sosial

Videonu çəkən və yayanlar da cəzalandırılacaq - RƏSMİ

image-1708420652211209901565d46e2caa649
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Uşaq dərk etmir ki, qanunla o cəzalandırıla bilər. Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək”.

Busaat.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır:

“Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu var. Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək.

Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bullinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək.

Baxın, orada videonu çəkən şəxs “dayan, bəsdir” deyir. Lakin çəkməyə davam edir. Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır. Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlara, QHT-lərə məsələni diqqətdə saxlanmasını xahiş edirəm. Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135350