Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib.
Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb, vəziyyəti orta-ağırdır:
“Hazırda reanimasiyadadır. Müalicəsi davam etdirilir”.
Xalq yazıçısının ailəsindən APA-ya bildirilib ki, Mövlud Süleymanlı yarı koma vəziyyətindədir.