“Xankəndi Şuşadan daha tez alına bilərdi, bəs niyə alınmadı?” – Açıqlama

image-downloadbackend

Ehtimallar hər zaman bizi düşünməyə vadar edir. Misal üçün Azərbaycan 44 günlük müharibədə düşməni ağır məğlubiyyətə uğratdı. Lakin fərqli ssenarilər, nəticələr, bu nəticələrin yaradacağı alternativ gələcək haqda insan istər-istəməz düşünməli olur. Bu mənada düşünürəm ki, politoloq Zərdüşt Əlizadənin son yazısında sərgilədiyi yanaşmalar həm maraqlı, həm də düzgündür.

Busaat.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Zərdüşt Əlizadə Meydan TV-də dərc olunan məqaləsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Z.Əlizadənin fikirlərini və proqnozlarını alternativ reallıqları tam mənasında əks etdirir:
“Xüsusilə Azərbaycan Ordusunun Xankəndiyə niyə daxil olmaması haqda yanaşma yerində və doğrudur. Bu gün təəssüf ki, əksər müxalif düşüncəli şəxs bu sualı verir: Azərbaycan Ordusu niyə Xankəndiyə daxil olmadı?

Bu sualı verənlər öncə bunun mümkünlüyünü, daha sonra nəticələrini düşünməlidir. Yəni sual xətrinə sual vermək hünər deyil. Azərbaycan Ordusu Şuşa şəhərini dünya hərb tarixinə düşəcək bir ustalıq və peşəkarlıqla geri aldı. Xankəndi ilə Şuşa arasındakı məsafə çox qısadır. Digər tərəfdən, Xankəndi Şuşa kimi coğrafi baxımdan alınması çətin deyildi.

Yəni Xankəndi Şuşadan daha tez alına bilərdi. Bəs niyə alınmadı? Düşünürəm, burada Zərdüşt Əlizadənin yanaşması məntiqli və realdır”.

Politoloqun sözərinə görə, Xankəndi, Xocalı və Xocavəndin hərbi yolla alınmaması bu ərazilərin işğal altında olduğu mənasına gəlmir:

“Tarixə nəzər salsaq, türklər dəfələrlə şanlı zəfərlər qazanıb, lakin bu zəfəri diplomatiya masasında itirib. Tarix ondan dərs çıxaranları sevir. Qarabağ münaqişəsi böyük ölçüdə həll edilib – həm hərbi, həm də diplomatik qələbəmiz ilə. Lakin 100 faizlik nəticə heç vaxt yalnız müharibədə əldə edilmir. Buna görə də deyə bilərik ki, bu günə qədərki proseslər rəsmi Bakının maraqlarına uyğundur. Bu uğuru və üstünlüyü əldə saxlayaraq siyasi və diplomatik müstəvidə ardını gətirməliyik”. /Axar.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90