Xankəndiyə rəis təyin edilən Zaur Nəsirov kimdir? – DOSYE

image-polkovnik11677048711_1707750756-fullbackend

Xəbər verdiyimiz kimi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik Zaur Nəsirov Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Xankəndi RPŞ-nın rəisi təyin olunub.

Busaat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Zaur Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib. Həmin ildən daxili işlər orqanlarında xidmət edir. 2021-ci ilin dekabr ayında Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən azad edilərək, Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki