Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.03 $▲5.81%
  • WTI neft90.96 $▲4.96%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.956 $▲0.82%
  • Qızıl4 071 $▼1.91%
  • Gümüş51.68 $▼2.67%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.50 ¢▼0.04%
  • Bitcoin76 040 $▲0.21%
  • Ethereum2 236 $▲0.12%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Elm ve tehsil

I sinfə qəbul prosesi başlayır

image-qebulmekteb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Busaat.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182825