Bayramov Kallasla görüşdü 

image-xin1-3backend

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

Məlumatda qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır: “Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki