XƏBƏRDARLIQ: Sabah küçəyə çıxmayınbackend

Sabah bir sıra ərazilərdə dezinfeksiya işləri aparılacaq.

Busaat.az-ın məlumatına görə may ayının 30-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.