Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.57 $▼0.76%
  • WTI neft91.33 $▼0.77%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.997 $▲0.47%
  • Qızıl4 056 $▲0.15%
  • Gümüş51.50 $▲0.18%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.75 ¢▲0.17%
  • Bitcoin75 310 $▼0.86%
  • Ethereum2 218 $▼0.75%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Xocalı və Gəncə hadisələrini eyniləşdirən türkiyəli aparıcı göz yaşlarını saxlaya bilmədi - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.

Busaat.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Haber Global” kanalında erməni vandallığı ilə əlaqədar hazırlanan süjeti təqdim edən aparıcı deyib.

O, bununla bağlı kadrlar təqdim olunarkən göz yaşlarını saxlaya bilməyib.

Süjetdə bildirilir ki, Ermənistan ordusunun mülki şəxsləri ayrı-seçkilik etmədiyi hücumlarında uşaqlar hədəf alınır.

“Əslində bu, Azərbaycan üçün tanış ağrıdır… Bu foto 90-cı illərdə Birinci Dağlıq Qarabağ müharibəsində çəkilib. Xocalı soyqırımının baş verdiyi, bir milyondan artıq azərbaycanlının evini, obasını tərk etmək məcburiyyətində qaldığı o dönəmlərdə… Azərbaycanlı qız uşağının üzündə ağrı, üsyan və çarəsizlik var. Qucağında olan bələkdəki qardaşı onunla bərabər erməni zorakılığından qaçarkən belə  görüntülənmişdi”, – deyə kadrlardan bildirilir.

Süjet efirə verilərkən aparıcının əvvəlcə səsinin titrədiyi, sonra isə ağladığı eşidilir. Hətta kadrlar gedərkən studiyada bir müddət sakitçilik də yaranır. Sonra özünə gələn aparıcı Gəncədə çəkilən foto barədə danışmağa başlayır.

“Başından yaralanan uşaq Ermənistanın sivilləri hədəf alan hücumların son qurbanlarından biridir. İndi cavabı verilməli bir sual var: Dünya bu şiddətə daha nə qədər susacaq?”

“Haber Global”ın hazırladığı süjeti təqdim edirik:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20955