Xorvatiya Baş naziri də “COVID-19”a yoluxdu

Xorvatiya Baş naziri də “COVID-19”a yoluxdubackend

Xorvatiyanın Baş naziri Andrej Plenkoviçin test nəticələri pozitiv çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

“Baş nazir Andrej Plenkoviç epidemiya mütəxəssislərinin tövsiyəsi ilə bazar ertəsi günü yenidən test verdi və nəticə müsbət çıxdı. Baş nazir indi özünü yaxşı hiss edir. Fəaliyyətini və vəzifələrini evindən davam etdirməyə davam edir. Həkimlərin və epidemioloqların bütün təlimatlarına əməl edəcək”, -deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Andrej Plenkoviçin xanımı Ana Maslak Plenkoviç koronavirusa yoluxmuş, nazir buna görə özünü təcrid etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90