Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.46 $▼5.03%
  • WTI neft96.39 $▼4.36%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.870 $▼1.27%
  • Qızıl3 966 $▲1.43%
  • Gümüş50.77 $▲1.36%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin77 005 $▲0.43%
  • Ethereum2 255 $▲0.26%
  • S&P 5007 541▼0.52%
11°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
İqtisadiyyat

“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 2 mln. manata yaxın azalıb - Hesabat

image-yapi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yapı Kredi Bank Azərbaycan” ASC 2024-cü ilin ilk üç rübü ərzində 8,3 milyon manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 17,7% və ya 1,79 milyon manat azdır. 2023-cü ilin III rübündə bank 10,09 milyon manat xalis mənfəət açıqlamışdı. “APA-Economics” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın faiz gəlirləri 17,4% artaraq 32,07 milyon manata, faiz xərcləri isə illik 7.2% artaraq 27,42 milyon manata çatıb. Bankın xalis faiz gəlirləri isə 25,6 milyon manatdan 27,4 milyon manata yüksəlib.

Bu ilin ilk doqquz ayında “Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri əsasən haqq və komissiya gəlirləri və xarici valyutadan gəlirlər hesabına 18.93 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,1% çoxdur. Bununla belə, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib və 22,5% artaraq 33,7 milyon manata çatıb.

Bu isə bankın əməliyyat mənfəətinə təsir edib. Belə ki, “Yapı Kredi” bu ilin III rübündə əməliyyatından 12,67 milyon manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,8% və ya 1,7 milyon manat azdır. Ötən ilin eyni dövründə bank 14,37 milyon manat əməliyyat mənfəəti əldə etmişdi.

Bu il oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 11% artaraq 570,8 milyon manata, cəmi öhdəlikləri 11,3% artaraq 464,2 milyon manata, cəmi kapitalı isə 8,9% artaraq 106,6 milyon manata yüksəlib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150235