Yaponiyadan Rusiyaya yeni sanksiyalar: Ordu və müdafiə şirkətləri hədəfə alındı

image-63f996b2a10fd63f996b2a10fe167730142663f996b2a10fb63f996b2a10fcbackend

Yaponiya “Almaz-Antey” şirkətinin rəhbəri Yan Novikov və teleaparıcı Olqa Skabeyevanın, o cümlədən Rusiya ordusunun yüksək rütbəli zabitlərinin də aktivlərini dondurub.

Busaat.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

Rusiyaya qarşı sanksiyalara 17 fiziki şəxs və 78 təşkilat daxil edilib.

Sanksiyaya məruz qalan şəxslər və qurumlar Yaponiyada olarsa, onların hesabları dondurulacaq. Onlara hər hansı maliyyə fəaliyyəti ilə məşğul olmaq da qadağandır.

Rusiyanın Ukraynada ilhaq etdiyi Luqansk və Donetsk də daxil olmaqla, yeni ərazilərdən olan 7 nəfərə qarşı da fərdi sanksiyalar tətbiq edilib.

Korporativ əsasda Rusiyanın bir sıra aviasiya zavodlarına, xüsusilə Ural, Sokol, Komsomolsk-na-Amur və İrkutsk aviasiya zavodlarına qarşı sanksiyalar tətbiq edilib.

Bundan əlavə, Maşın Konstruktor Bürosuna, Saturn Birləşmiş Aviasiya Korporasiyasına, Pulsar Elmi-İstehsalat Müəssisəsinə, QAZ Qrupuna, ROSEL ticarət evinə, Müstəqil Sığorta Qrupuna, Makeyev Dövlət Raket Mərkəzinə və başqalarına qarşı sanksiyalar tətbiq edilib.

Sanksiyaya Rusiyanın yüksək çinli hərbi şəxsləri də əlavə edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90