Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 520 $▼0.68%
  • Ethereum2 345 $▼1.66%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

Yasamalda Türkiyə səfiri ilə görüş keçirildi – Fotolar

image-2-1

Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralın diplomatik missiyasının başa çatması münasibətilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində görüş keçirilib. Görüşdən öncə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Türkiyə səfiri Mərkəzdəki Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndəri yad ediblər.

Daha sonra tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən və bu günündən bəhs edən filmlər nümayiş etdirilib. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, ikitərəfli əlaqələr Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanır və bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Elşad Həsənov Vətən müharibəsi zamanı Türkiyə rəhbərliyinin və xalqının mənəvi və siyasi dəstəyini əvəzolunmaz adlandırıb.

Öz növbəsində Erkan Özoral təşkil edilən tədbirə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib. Türkiyəli diplomat Bakıda çalışdığı müddətdə Yasamal rayonunda yüksək qonaqpərvərlik və gözəl münasibətlə qarşılaşdığını xatırladıb. Erkan Özoral Azərbaycandan xoş və unudulmaz xatirələrlə ayrıldığını qeyd edib.

image-3 image-4 image-12

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul