Məzmuna keç
  • Brent neft110.36 $▲0.77%
  • WTI neft101.40 $▲0.44%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.044 $▲1.98%
  • Qızıl4 028 $▲0.15%
  • Gümüş53.98 $▼0.34%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 794 $▼0.31%
  • Ethereum2 313 $▼0.62%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Cəmiyyət

“YAŞAT” düşərgəsinin 7-ci həftəsi davam edir

image-yasat1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsi davam edir.

Bu barədə Busaat.az-a “ASAN xidmət”dən bildirlib.

Yeddinci həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, “Digital Umbrella” şirkəti tərəfindən təlim proqramı, eyni zamanda yunan-roma güləşi üzrə dünya çempionu Rafiq Hüseynovla idman ustad dərsi baş tutub.

Uşaqlar arasında təşkil olunan “Əlaçı” intellektual verilişində onlar əyəncəli vaxt keçirib, yeni biliklər əldə ediblər.

ASAN Radionun direktoru Emin Musavi ilə görüşdə iştirakçılara informasiyanın düzgün çatdırılması, sosial mediadan istifadə və s. mövzularda məlumat verilib.

Həftə ərzində ASAN Radionun təşkilati dəstəyi ilə xarici və yerli müğənnilərin konsert proqramları da baş tutub.

Türkiyənin tanınmış pop ulduzu Petek Dinçöz şəhid övladları üçün təmənnasız konsert proqramı reallaşdırıb. O, Azərbaycanın məşhur “Yandırdın qəlbimi” mahnısını ifasında ilk dəfə düşərgədə səsləndirib.image-yasat2image-yasat3 image-yasat4 image-yasat5

Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti,  “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119972