Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 413 $▼0.82%
  • Ethereum2 357 $▼1.13%
  • S&P 5007 624▼0.52%
20°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Mədəniyyət

“YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib - FOTOLAR

image-yasat-dusergesi1

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib.

Bu barədə Busaat.az-a “ASAN xidmət”dən bildirilib.

İlk gündə Şamaxı Safari Parka və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar təşkil olunub. Sonra düşərgənin açılış mərasimi baş tutub. İştirakçılara həftəlik proqram barədə ətraflı məlumat verilib.

Gün əyləncə saatı ilə davam edib.

İkinci günə psixoloqlarla görüşlə başlayan uşaqlar hoteldaxili əyləncə saatına da qoşulublar.

İştirakçıların Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşü də baş tutub. Qonaq Fondun fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib, həmçinin uşaqlarla birgə nahar edib.

İkinci gün futbol və voleybol saatı, eləcə də əyləncəli yarışlarla davam edib.

Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul