Vətən müharibəsi əlilləri – Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat üçün vacib olan tibbi avadanlıq – “spinal kord” fond tərəfindən ölkə xaricindən gətirilib.
Bu barədə Busaat.az-a fondun mətbuat xidmətindən bildirilib.
Xarici və yerli həkimlərimiz tərəfindən uğurla icra olunan əməliyyatın xərcləri də “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların 60-70 faiz azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən bu ağrılar zaman keçdikcə tam olaraq aradan qalxacaq.