“YAŞAT” Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir – FOTOLAR

image-yasat-fondubackend

“YAŞAT” Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.

Bu barədə Busaat.az-a “ASAN xidmət”dən bildirilib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub. image-yasat-fondu-2 image-yasat-fondu3 image-yasat-fondu4 image-yasat-fondu5 image-yasat-fondu6 image-yasat-fondu7

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Tədbirə dair videoçarx televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada əlavə olunur: https://we.tl/t-QJWsyq0N4k

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki