“Yaşayış yeri olmayan şəxslərin sığınacağa yerləşdirilməsi üçün xüsusi qaynar xətt yaradılacaq”.
Busaat.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda həmin qaynar xətt istifadəyə veriləcək: “Buna xüsusən qış dövründə ehtiyac yaranır. İstənilən şəxs bu qaynar xəttə hansısa vətəndaş barədə müraciət edə bilər. Biz dərhal həmin şəxsi müəssisəyə yerləşdirə bilərik”.