İsrailin İrana endirdiyi zərbələrdən sonra neft bazarında ciddi bahalaşma müşahidə olunub.
Busaat.az xəbər verir ki, cümə günü Brent markalı neftin fyuçersləri 8,9% artaraq bir barel üçün 75,55 dollara çatıb. Qiymətlər yanvarın 27-dən bəri ən yüksək həddə – 78,50 dollara qədər yüksəlib. Analitiklər artımı regionda müharibə risklərinin ticarətə və tədarük zəncirlərinə təsiri ilə əlaqələndirirlər.
Şövkət Əliyeva