“Yaxın zamanlarda müharibə daha da şiddətlənəcək” – ŞƏRH

image-2023_01_26_201550_sulhhhbackend

“Müharibənin bir ilinin tamam olacağı ərəfədə Putin ciddi tədbirlər görəcək. Rusiya Ukraynanın digər ərazilərini də işğal etməyə hazırlaşacaq. Bu səbəbdən koalisiya ölkələri, başda ABŞ olmaqla Ukraynaya hər cür hərbi yardım göstərir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamam olması ilə bağlı hansı proseslərin yaşanacağı haqqında fikirlərini səsləndirən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

O deyib ki, Bayden Ukraynaya gözlənilməz səfəri və verdiyi bəyanatlarla ABŞ-ın Ukraynanın qələbə çalana qədər yanında olduğunu bildirib:

image-elshad_hasanov_250622

“Bayden səfəri ilə Ukraynaya hərbi, iqtisadi, siyasi, maddi və hər cürə lazımi dəstəyin göstəriləcəyinin mesajını verdi. Bayden Putinin Ukraynaya NATO və Qərb ölkələri tərəfindən axıra qədər dəstək olmayacağını güman etdiyini deyib və əlavə edib ki, 50 ölkənin üzv olduğu koalisiya Ukraynaya axıra qədər dəstək olacaq”.

“Yaxın zamanlarda Ukraynaya 700 tank, 1 000 ədəd zirehli maşın, 1 000 ədəd artilleriya qurğusu, 2 milyondan artıq artilleriya sursatı və 50-dən artıq raket sistemi veriləcək. Yeni sursatlar Ukraynada əks-hücum əməliyyatını həyata keçirmək üçün vacib olan amillərdir. Müharibənin bir ilinin tamam olacağı ərəfədə Putin ciddi tədbirlər görəcək. Rusiya Ukraynanın digər ərazilərini də işğal etməyə hazırlaşacaq. Bu səbəbdən koalisiya ölkələri, başda ABŞ olmaqla Ukraynaya hər cür hərbi yardım göstərir. Yaxın zamanlarda müharibənin daha da şiddətlənəcəyini və daha ağır nəticələrə səbəb olacağını gözləyirik”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki