Yayda transferlərə ən çox pul xərcləyən klublar müəyyənləşib

image-transferbackend

Yayda transferlərə ən çox pul xərcləyən klubların adına aydınlıq gəlib.

Busaat.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, ilk pillədə İngiltərənin “Çelsi” klubu qərarlaşıb.

London təmsilçisi futbolçu keçidləri üçün 464 milyon avro ödəyib.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 353 milyon avro ilə ikinci, Fransa PSJ-si 350 milyon avro ilə üçüncüdür.

Yayda transferlərə ən çox pul xərcləyən klublar:

1. “Çelsi” (İngiltərə) – 464 milyon avro

2. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 353 milyon avro

3. PSJ (Fransa) – 350 milyon avro

4. “Tottenhem” (İngiltərə) – 249 milyon avro

5. “Mançester Siti” (İngiltərə) – 241 milyon avro

6. “Arsenal” (İngiltərə) – 235 milyon avro

7. “Mançester Yunayted” (İngiltərə) – 207 milyon avro

8. “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) – 194 milyon avro

9. “Liverpul” (İngiltərə) – 172 milyon avro

10. “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) – 165 milyon avro

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki