Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır – Artıq 165 uşaq ölüb

image-1634886865_hogjgh-1backend
Konqo Demokratik Respublikasında bilinməyən xəstəlik səbəbindən avqust ayından bu yana 165 uşaq dünyasını dəyişib.
Busaat.az bildirir ki, ilk dəfə Kvilu əyalətinin Qunqu qəsəbəsində qeydə alınan xəstəliyin 5 yaşına qədər olan uşaqlara təsir etdiyi bildirilib. Ölkənin Səhiyyə Nazirliyi həmin uşaqlarda malyariyaya bənzər simptomların olduğunu və test nəticələrinin müsbət çıxdığını deyib.
Kvilu əyalətinin səhiyyə rəisi Cin Pier jurnalistlərə açıqlamasında qeyd edib ki, bəzi uşaqlarda sözügedən xəstəlik əlamətləri olsa da, bəzilərində müəyyən edilməyən infeksiya aşkarlanıb:
“Uşaqlar haqqında heç nə bilmədiyimiz, anemiyaya səbəb olan xəstəliklə mübarizə aparırlar. Hazırda xəstəliyin qaynağını və ona qarşı mübarizə üsullarını öyrənməyə çalışırıq”.
Eyni zamanda xəstəliyin Lozo Munene və Kinzamba kəndlərində də gün ərzində orta hesabla 4 uşağın ölümünə səbəb olduğunu qeyd edilib.
Sfera.az
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90