Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.31 $▲0.75%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.290 $▲2.40%
  • Qızıl4 044 $▼1.97%
  • Gümüş51.53 $▼3.22%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 732 $▼2.03%
  • Ethereum2 052 $▼3.76%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Son dəqiqə

Yeyinti faktına görə işdən çıxarıldı, müəllim kimi fəaliyyətinə xitam verildi

image-1710585205_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tərtər rayon D.Əzizov adına Şıxarx kənd 1 saylə tam orta məktəbin direktoru Ramil Ağayev işdən çıxarılıb.

Busaat.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, onun işdən çıxarılması sözügedən məktəbdə yeyinti faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda başlanmış cinayət işi əlaqədardır.

İddialara görə, Ramil Ağayev direktor vəzifəsindən azad edilməklə yanaşı onun müəllimlik fəaliyyətinə də xitam verilib.

Bir neçə ay əvvəl Baş Prokurorluq təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işinin başlandığı barədə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Fakta görə Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ramil Ağayevin məsuliyyətə cəlb olunub-olunmadığı barədə məlumat yoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137705