Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft111.65 $▲1.77%
  • WTI neft102.63 $▲1.83%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.042 $▲0.16%
  • Qızıl4 005 $▼0.61%
  • Gümüş52.85 $▼1.67%
  • Pambıq78.51 ¢▼0.76%
  • Buğda616.25 ¢▲0.28%
  • Bitcoin79 696 $▼0.39%
  • Ethereum2 308 $▼0.53%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Gündəm

Yol polisi sürücünü zor tətbiq edərək saxlayıb? - Rəsmi açıqlama

image-din
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücünün evinin qarşısında polis əməkdaşları tərəfindən zor tətbiq edilərək saxlanılması xəbərinə münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla!” işarəsi verilib.

Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.

Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütlarının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”.

Xatırladaq ki, iddiaya görə, yol polisi əməkdaşları Miradəm Nağıyevi evinin qarşısında boğaraq saxlayıblar. Daha sonra həmin şəxs hadisə yerinə təcili tibbi yardım çağırıb. Bundan sonra M.Nağıyevin ailə üzvləri də polis bölməsinə aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=45070