Zakir Fərəcovun 3 milyon borclu olduğu iş adamlarından AÇIQLAMA

image-zakobackend

Bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqadarda borclarını qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlaması KİV-də yayılıb.

Məsələ ondadır ki, iş adamları Sumqayıtın Yeni Bulvar Kompleksindən əlavə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S.Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdırılaraq təhvil veriblər.

Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcov və onun yaxın adamları 6 ilə yaxındır ki, iş adamlarının pulunu qaytarmır, dolayı yollarla qaytarmaqdan imtina edir.

Mövzu diqqətimizi çəkdiyi üçün iş adamları ilə əlaqə saxladıq. İş adamları Busaat.az-a bildirdilər ki, hələ də problemləri öz həllini tapmayıb.

İş adamlarının sözlərinə görə, Zakir Fərəcov və yaxın adamları narahat belə olmurlar:

“Biz halal pulumuzu tələb edirik. Bu məsələnin ictimailəşməsinin də tərəfdarı deyildik. Ancaq bıçaq sümüyə dirənmiş vəziyyətdədir. Ölkəmizin gördüyü böyük işlər var, Qarabağ kimi problemi həll etdik, nəinki regionumuzda, dünyada Azərbaycanla hesablaşırlar, biz də ölkəmizin inkişafına töhvə verməyə çalışırıq, ancaq Zakir Fərəcov və onun ətrafındakı adamlar buna mane olurlar. Sumqayıtın inkişafı üçün bu qədər iş görən adamların pulu verilmirsə, sabah heç kim quruculuq işlərinə yaxın durmayacaq. İş adamları quruculuq işlərinə risk kimi baxacaq. Biz iş adamları olaraq halal pulumuzu istəyirik. Ümid edirik ki, bu məsələ qısa zamanda öz həllini tapar”.

İş adamlarınn sözlərinə görə, Zakir Fərəcov ya onları müxtəlif vədlərlə aldadır, ya da həbslə hədələyir.

İş adamlarının siyahısını sizə təqdim edirik:

İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki