Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.04 $▲0.67%
  • WTI neft86.42 $▲0.88%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.317 $▲3.24%
  • Qızıl4 040 $▼2.07%
  • Gümüş51.52 $▼3.24%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 683 $▼2.09%
  • Ethereum2 056 $▼3.57%
  • S&P 5007 524▼0.33%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Zaur Mirzəzadə azadlığa buraxılıb

image-zaur-mirzezade
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi”nin rəhbəri​ Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş protestə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsində dövlət ittihamçısının protesti rədd olunub.

Qərara əsasən, Zaur Mirzəzadə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraətverici hökmü qüvvədə saxlanılıb.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev APA-ya məlumatı təsdiq edib.

Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Daha sonra Ali Məhkəmədə Zaur Mirzəzadə barəsindəki qərar ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Zaur Mirzəzadə həm də “bakutime.az”, “xalq.az” saytının rəhbəri olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104007