Zelenski 198 Rusiya, Belarus və Ukrayna vətəndaşına sanksiya tətbiq edib
Ukrayna prezidenti Volodimir Zelenski 198 Rusiya, Ukrayna və Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib.
Busaat.az xəbər verir ki, Ukrayna dövlət başçısının bazar günü verdiyi fərmana əsasən, bu məhdudlaşdırıcı tədbirlər on il müddətində həyata keçiriləcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bu sanksiyaları təsdiqləyib.
“Onların arasında dövlətə xəyanətdə şübhəli bilinən Rusiya Federasiyası prezidenti Vladimir Putinin xaç atası Viktor Medvedçukun televiziya kanallarında işləyən rusiyayönlü ukraynalı jurnalist Diana Pançenkoya da var. Bundan başqa daha 7 Ukrayna vətəndaşı sanksiyalara məruz qalıb”, – UNIAN qeyd edir.
Sanksiyalar, həmçinin, keçmiş sovet və rusiyalı kinorejissor Andrey Konçalovski və rusiyalı müğənni Yuri Lozaya da tətbiq edilib.
Rusiyalı jurnalist və musiqi tənqidçisi Sergey Sosedov, Donbasda yaralanan hərbi komissar Semyon Peqov və Goblin kimi tanınan Hollivud filmlərinin tərcüməçisi Dmitri Puçkov da bu sanksiya siyahısındadır.





