Zelenski bu gün ABŞ-a səfər edəcək
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenin dəvəti ilə çərşənbə günü ABŞ-a səfər edəcək.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmilərindən biri jurnalistlərə bildirib.
“Prezident Baydenin dəvəti ilə prezident Zelenski Vaşinqtona səfər edəcək” – deyə, ABŞ-lı rəsmi qeyd edib.
Rəsminin sözlərinə görə, Bayden və Zelenski arasında Ağ Evdə geniş tərkibdə görüş baş tutacaq.
Bundan başqa, Ukrayna lideri Baydenin milli təhlükəsizlik komandasının və kabinetinin əsas üzvləri ilə görüş keçirəcək. Həmçinin Ağ Evdə Zelenski ilə mətbuat konfransı keçiriləcək.
Bundan sonra Ukrayna prezidenti Kapitoliyə gedəcək.
ABŞ və Ukrayna liderləri dekabrın 11-də telefon danışığı zamanı Zelenskinin Vaşinqtona səfərini müzakirə ediblər. Zelenskiyə dekabrın 14-də rəsmi dəvət göndərilib. Səfər dekabrın 18-də rəsmən təsdiqlənib. Bu, Zelenskinin prezident kimi Ukraynada müharibənin başlanmasından bəri ilk, ümumilikdə ABŞ-a ikinci səfəri olacaq.





