Busaat.az-a Avropa.info-ya istinadən xeber verir ki, həmən təşəkkürün mətnini təqdim edir:
Bir məsələ ilə bağlı bu yaxınlarda Zərdab rayon polis şobəsinə müraciət etdim Qısa zamanda Zərdab polis şöbəsinin rəisi polkovnik-leytinant Ramil Salayev operativ şəkildə məsələni rəis müavini polis kapitanı Vüqar Əhmədova məsələni öz nəzarətinə götürməsimi göstəriş verdi.
Rəis müavini polis kapitanı Vüqar Əhmədov muraciətimi operativ qaydada həll etdi.
Qısa zamanda bu cür peşəkar və obyektiv yanaşma həqiqətən də təqdirəlayiqdir. Mən həmişə demişəm Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov və bütün daxili işlər orqanlarında xidmət göstərən əməkdaşları yüksək tərifə layiqdirlər. Bu gün Azərbaycanda sabitlik varsa, biz buna görə onlara da borcluyuq.
Bir Zərdab rayon sakini kimi başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, Zərdab rayon polis idarəsinin rəisi cənab Ramil Salayevə, rəis müavini Vüqar Əhmədova və bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.