Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.17 $▼3.25%
  • WTI neft85.42 $▼3.31%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 857 $▼0.35%
  • Gümüş46.98 $▼0.72%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.00 ¢▲2.43%
  • Bitcoin64 588 $▼0.41%
  • Ethereum1 817 $▼0.14%
  • S&P 5007 417▼1.91%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Maqazin

Zərrabın Hadisəyə yazdığı mesaj ortaya çıxdı: "Məni də bitirdin, özünü də"

image-607a6ee9c8c3731ec40d4c84
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi azərbaycanlı iş adamı Rza Zarrabın Türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə Hadisə ilə də münasibətdə olduğu iddia edilib.

Busaat.az xəbər verir ki, şayiələrin ardından Hadisəyə yayım qadağası gətirərək qarşı tərəfi məhkəməyə verəcəyini açıqlamışdı. Həmin ərəfədə Hadisə ilə Ameriakda olan iş adamı arasında keçən vatsap yazışmaları da sənədə əlavə edilib. Belə ki, yazışmalarda Rzanın Hadisəyə “Məni də bitirdin, özünü də” deyə yazdığı görünüb. Hadisə isə cavabında “Səninlə yaşadıqlarıma görə, əsla peşman deyiləm. Kaanı razı salmaq üçün etdim. Günahkar göstərildim və bunu etmək məcburiyyətində qaldım. Xahiş edirəm, üstümə gəlmə” deyə, yazıb.

Bundan başqa, məhkəməyə təqdim olunan sənədlərin arasında Hadisə ilə Rzanın Amerikada, sahildə əl-ələ gəzərkən görüntüləndikləri fotonun da yer aldığı iddia edilib.

Qeyd edək ki, iki il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu “O səs Türkiyə”dən ayrılıb.

Bu ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Rza ilə münasibətdə olduğu iddia edilib.(Qaynarinfo)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91566