Zeynəbdən etiraf: “İnsanları bezdirdik”

image-zeynebbackend

“Bir ara efirlərdə adım çox çəkildi. Danışmaqları problem deyil, əsas odur ki, sənin haqqında pis bir şey danışmasınlar”.

Busaatı.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Günaylı gün” verilişində deyib.

İfaçı atasının ona qadağa qoyduğunu etiraf edib:

“İcazə vermərəm ki, kimsə mənim haqqımda pis bir şey danışsın. Mən o səhvi buraxmaram. Tamaşaçıları bezdirdik. Hər gün nə qədər eyni mövzu, eyni insanlar olar!? Evdə də narazılıq oldu. Çox pis şeylər danışılanda atam da stress keçirir. Əslində işimə çox qarışmır, hörmət edir. Bilir ki, onun başını aşağı salacaq heç nə etmərəm. Atam dedi ki, “qızım, ya o mövzular haqqında danışma, ya da qalmaqala salan verilişlərdən uzaq ol”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki