12 avtomat və tapança satan şəxs saxlanıldı

image-tabancabackend

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Busaat.az-a bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki