Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.85 $▼0.14%
  • WTI neft85.73 $▼0.10%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.260 $▼0.82%
  • Qızıl3 977 $▼0.14%
  • Gümüş51.28 $▼0.25%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda602.00 ¢▲0.46%
  • Bitcoin73 485 $▼0.60%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İdman

"Sabah"ın yeni futbolçusu Fransa millisinin sabiq ulduzunun oğlu imiş

image-fd5a3300581d381f1319c5e99b2a9571_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, “Sabah” Aaron Maludanı Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Bakıvaxtı.az xəbər verir ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun əfsanəsi Floran Maludanın oğludur.

Floran Maluda karyerası ərzində Fransanın “Şatoru”, “Genqam”, “Lion”, “Metz”, İngiltərənin “Çelsi, Türkiyənin “Trabzonspor”, Hindistanı “Delhi Dinamos”, Misirin “Vadi Deqla” və “Differdange” klublarında çıxış edib.

2018-ci ildə karyerasını bitirən 45 yaşlı veteran futbolçu “Lion”la Fransa çempionluğunu (4 dəfə) və Fransa Super Kubokunu (3), “Çelsi” ilə İngiltərə çempionluğunu (1), Federasiya Kubokunu (3), Super Kubokunu (1) qazanıb, 2011/12 mövsümündə Çempuinlar Liqasının qalibi, 2007/08 mövsümündə isə gümüş medalçısı olub.

Floran Maluda 2004-2012-ci illərdə Fransa millisində 80 oyun keçirib və 9 qol vurub. O, DÇ-2006-nın finalında oynayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171919