“13 yaşımda dedi ki, onlar sənin ata-anan deyil” – Ülviyyə Əliyeva

image-1468550backend

Aktrisa Ülviyyə Əliyeva yeniyetməlik dövründə yaşadığı travmalardan danışıb.

Busaat.az xəbər verir ki, bu barədə o, “Günaydın, Azərbaycan” proqramında danışıb.

O, yenidən ailəsi tərəfindən bibisinə övladlıq verildiyini xatırlayaraq keçmişə qayıdıb:

“Bibimin övladı olmayıb, məni ona veriblər. İki ana, iki atam var. Doğulandan 40 gün sonra məni bibimə veriblər. Bir nəfər var idi, 13 yaşımda mənə dedi ki, onlar sənin ata-anan deyil. Buradan deyirəm ki, kimsə övladlığa uşaq götürəndə, mütləq ona bu barədə məlumat versin. Mən travmalar aldım. Ən təhlükəli yaş idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki