Məzmuna keç
  • Brent neft110.33 $▲0.74%
  • WTI neft101.42 $▲0.46%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.042 $▲1.91%
  • Qızıl4 028 $▲0.15%
  • Gümüş54.00 $▼0.31%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 778 $▼0.33%
  • Ethereum2 310 $▼0.73%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Dünya

18 Çin bombardmançısı Tayvanın hava hücumundan müdafiə zonasına daxil oldu

image-thumbs_b_c_324b64fa0331f1a440fd4b46f3a4d1c5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

18 Çin bombardmançı təyyarəsi Tayvanın “Hava Hücumundan Müdafiənin Müəyyənləşdirilməsi Ərazisi”nin (ADIZ) cənub-qərbi istiqamətində uçuşlar edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tayvan Müdafiə Nazirliyi yayıb.

Nazirliyin verdiyi açıqlamaya görə, gün ərzində adanın ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 3 döyüş gəmisi görünüb.

1 ədəd Y-8 ASW sualtı təyyarə və 1 ədəd Y-8 taktiki elektron kəşfiyyat təyyarəsi Tayvanın “Hava Hücumundan Müdafiənin Müəyyənləşdirilməsi Zonası”nın (ADIZ) cənub-qərbində uçarkən 18 H-6 bombardmançı təyyarəsi və 1 ədəd J-11 döyüş təyyarəsi bölgəyə yaxın ərazilərdə manevrlər edib.

Avqustun əvvəlində ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra Çinin Tayvan ətrafında hərbi patrul fəaliyyətlərini artırdığı müşahidə edilir.

Pelosi son 25 ildə Çinlə suverenlik münaqişəsində olan adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri olub. Bu səfər adanı öz ərazisi kimi görən Çinin reaksiyasına səbəb olub.

Səfərdən sonra Çin Ordusu adanın ətrafında hərbi təlimlərə başlayıb və 7 günlük təlimlər adanın ətrafında faktiki blokada yaradıb. Həqiqi silah və sursatlardan istifadə edilən təlimlər zamanı materik Çindən atılan idarə olunan raketlər Tayvan yaxınlığındakı sulara düşüb.

Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, BMT-də və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrdən Tayvanla diplomatik əlaqələri kəsməyi tələb edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94049