Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Bu barədə Busaat.az-a açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir: “Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək”.
F. Talıbovun sözlərinə görə, birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək.