15-19 yaş arasında 2596 abort… – Dəhşətli statistika

image-fbbb4818071ae8099808b6dbdbf4aedd1726753693_1cd421e16d914a2ccaaa69e9f10866043-jpg-jpgbackend
2023-cü ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb.
Busaat.az  Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə ümumilikdə 73,816 abort qeydə alınıb.
Abort etdirənlərdən 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.
Qeyd edək ki, 2022-ci ildə abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. Bu da onu göstərir ki, sözügedən yaş kateqoriyası üzrə abortların sayında kəskin artım var. Xüsusilə də azyaşlılar, yetkinlik yaşına çatmayanlar arasında abortun çoxaldığı müşahidə edilir.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki