Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.72 $▲2.66%
  • WTI neft87.11 $▲2.16%
  • Avropa qazı (TTF)90.47 €▲3.73%
  • Təbii qaz (ABŞ)3.284 $▲0.49%
  • Qızıl3 916 $▼1.62%
  • Gümüş50.66 $▼1.50%
  • Pambıq82.88 ¢▲0.66%
  • Buğda596.50 ¢▼0.83%
  • Bitcoin72 574 $▼1.83%
  • Ethereum2 010 $▼2.12%
  • S&P 5007 619▲1.29%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İqtisadiyyat

Azərbaycan avtomobil idxalını azaldıb

image-6514bd8810187ed44b21614b_dddd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 484,417 milyon ABŞ dolları dəyərində 74 723 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Busaat.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 % çox və 8 % azdır.

10 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,2 dəfə artaraq 288 ədəd (46,623 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,15 % azalaraq 66 961 ədəd (1 milyard 269,148 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 18 986-sı (520,149 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 592-si (104,237 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 61,3 %, ikincinin isə 6,9 % artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 22,3 % artaraq 7 038 ədəd (117,42 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 44,4 % artaraq 436 ədəd (52,226 milyon ABŞ dolları dəyərində) olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152894