İtaliyada tibb işçiləri səhiyyəyə ayrılan büdcənin daha çox hissəsini tələb etmək üçün tətilə çıxıblar .
Busaat.az xəbər verir ki, İtaliyanın səhiyyə işçiləri hökumətin yeni büdcə layihəsində səhiyyəyə daha az vəsait ayırması səbəbilə ölkə daxilində 24 saatlıq tətil başladıb.
Səhiyyə işçiləri Romada Apostoli meydanında mitinq keçirib.
Səhiyyəyə az resurs ayrılması ilə bağlı tənqidlərə qarşı çıxan Baş nazir Giorgia Meloni, hökumətin milli səhiyyə xidmətlərinə görünməmiş resurslar ayırdığını müdafiə edib.