Azərbaycan Premyer Liqası: XI turun daha iki oyun olacaq

image-e32d4f9b929cf669bff0598dccf430e0f44f1fbc-3463-35c4-9528-efda91ba559f_850-jpgbackend

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Busaat.az xəbər verir ki, hər iki matçda turnir cədvəlində qonşu olan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk olaraq “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüş “Liv Bona Dea Arena”da reallaşacaq.

Digər qarşılaşma isə “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.

“ASCO Arena” keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.

Turnir cədvəlində “Araz-Naxçıvan” 20 xalla 3-cü, “Zirə” 16 xalla 4-cü yerdədir. Aşağı sıralarda qərarlaşan kollektivlərdən “Səbail” və “Sumqayıt 7 xalla müvafiq olaraq 8-ci və 9-cu mövqelərdə yer alıblar.

Misli Premyer Liqası

II dövrə, XI tur

26 oktyabr

16:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“Liv Bona Dea Arena”.

18.30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“ASCO Arena”.

Qeyd edək ki, turun açılış matçında ötən gün “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki