Tovuzda iki qardaş faciəvi şəkildə öldü – TƏFƏRRÜAT

image-dem66backend

Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, rayona yas mərasiminə gələn qardaşların dəm qazından boğularaq öldükləri ehtimal edilir.

Qardaşlar Sumqayıt şəhərində yaşayıblar. Onlar rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gəliblərmiş. 72 yaşlı Rafiq Bayramov və qardaşı 63 yaşlı Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Ancaq onlar dəm qazından boğularaq ölüblər.

Yaxınlarının verdikləri məlumata görə, onların ata evində yatdıqları otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Yatmazdan əvvəl qızdırıcını yandırıb, yuxuya gediblər. Səhər isə onların cansız bədənlərini bacıları aşkarlayıb.

Hər iki qardaşın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki