Bursanın Nilüfer rayonunda ata üç uşağını öldürüb.
Busaat.az xəbər verir ki, Murat Kılıç, qızları Zeynep və Aslını bıçaqlayaraq, oğlu Muhammet Aliyi isə boğaraq qətlə yetirib.
Hadisə, 29 may 2024-cü il tarixində baş verib. Murat Kılıç uşaqlarını öldürdükdən sonra cinayətini etiraf edərək polisə gedib.
Hadisə yerində polis üç uşağın cansız bədənini tapıb. Murat Kılıçın qızlarında 20-yə yaxın bıçaq yarası aşkarlanıb.
Ata, məhkəmədə verdiyi ifadəsində hadisə günü həyat yoldaşının şikayətindən sonra cinayəti törətdiyini etiraf edib.
O, “çox peşman olduğunu bildirərək, deyərək azadlığa buraxılmağı xahiş edib.
Prokurorluq Kılıçın üç qat ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
Nərmin Səmidova
Busaat.az