Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 932 $▲0.23%
  • Ethereum2 238 $▲0.07%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

324 min vergi borcu var, özünə yeni villa tikir – Baba Rzayevin qardaşı barədə FAKTLAR

image-1643285365_271813649_263701732540494_7263139258865912192_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ölkənin aparıcı şirkətlərindən biri olan “Göknur Bakı LTD” MMC-nin (VÖEN-1500023181) dövlət büdcəsinə böyük həcmdə – 323 min 844 manat 11 qəpik (26.01.2022-ci il tarixə olan məlumat) vergi borcu var.
Busaat.az  xəbər verir ki, “Göknur Bakı LTD” MMC-nin rəhbəri Rahib Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşıdır.
Maraqlıdır ki, dövlət büdcəsinə 324 min manat vergi borcu olan Rahib Rzayev bu yaxınlarda Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 713 kv. metr olan ərazidə 7 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlayıb.
Məlumat üçün onu da qeyd edək ki, “Göknur Bakı LTD” MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ziya Bünyadov  ev 11, məhəllə 2062”da yerləşir. Qeyd olunan ünvanda “Azərenerji” sədrinin digər bir qardaşı  Emin Rzayevin rəhbərlik etdiyi “Bakelektro” MMC adlı şirkət də qeydiyyatdan keçib. 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan “Göknur Bakı LTD” MMC bugünə kimi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi və dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.
(yeniavaz.com)
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=69653